Nəqliyyat Nazirliyinin idarələrindən biri ləğv olunur
12 iyun 2014 18:40 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin idarələrindən biri ləğv olunur

0

Nəqliyyat Nazirliyinin yükdaşımaların təşkili idarəsi ləğv edilir. Bu barədə Lent.az-a həmin idarədə çalışan əməkdaşlardan biri məlumat verib. Məlumata görə, idarənin səlahiyyətləri nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə veriləcək.

 

Məsələ ilə bağlı Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən Lent.az-a bildiriblər ki,  yükdaşımaların təşkili idarəsi artıq ləğv olmaq üzrədir: “Ancaq o idarənin səlahiyyətlərinin Dövlət Xidmətinə verilib-verilməyəcəyi barədə hələlik bir məlumat yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1766

Oxşar yazılar