Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub. Lent.az-ın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Yeni təyinata qədər E. Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.