Nazirdən rektorlara  siyahı <span style="color:red;">TAPŞIRIĞI
10 aprel 2014 10:50 (UTC +04:00)

Nazirdən rektorlara siyahı TAPŞIRIĞI

0

Nazir Mikayıl Cabbarov Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2014-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi barədə əmr imzalayıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Əmrdə ali məktəblərin rəhbərlərinə tapşırılıb ki, 2014-cü ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etməli, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ilə bağlı tələb olunan xərclər aidiyyəti ali təhsil müəssisələrinin vəsaiti hesabına ödənilməlidir.

Rektorlara o da tapşırılıb ki, 2014-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə məlumatlar (hər bir konfrans keçirildikdən 3 gün sonra)    Nazirliyə təqdim etsinlər.

 

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova  həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2027

Oxşar yazılar