Mətbuat Şurası və Kıbrıs Türk Basın Konseyi arasında əməkdaşlıq protokolu
26 aprel 2013 13:14 (UTC +04:00)

Mətbuat Şurası və Kıbrıs Türk Basın Konseyi arasında əməkdaşlıq protokolu

0

Mətbuat Şurası ilə Kıbrıs Türk Basın Konseyi arasında əməkdaşlıq protokolu imzalanıb.

 

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşovun və Kıbrıs Türk Basın Konseyinin rəhbəri Şölə Akerin imzaladıqları sənəddə bildirilir ki, hər iki qurumun müstəqil mətbuat, söz və ifadə azadlıqlarının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərməsi zəruridir.

 

Sənəddə eyni zamanda Şimali Kipr və Azərbaycan cəmiyyətinin bir-birinə daha yaxından tanıdılması istiqamətində media fəaliyyətinin stimullaşdırılmasına yönələn tədbirlərin təşkili, insan hüquq və azadlıqlarının qorunması sahəsində KİV-lərin peşəkarlıq vərdişlərinin möhkəmləndirilməsinə dəstək göstərilməsi, habelə təcrübə mübadiləsinin müxtəlif aspektləri əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar