İmtahanlar mərkəzinin nümayəndələri azərbaycanlı abituriyentlərlə görüşüb
24 aprel 2013 20:52 (UTC +04:00)

İmtahanlar mərkəzinin nümayəndələri azərbaycanlı abituriyentlərlə görüşüb

0

 

Bu gün Marneulidəki Məşğulluq Mərkəzində Gürcüstan Milli İmtahanlar Mərkəzinin (MİM) nümayəndələri ilə gürcü ali məktəblərə sənəd verən azərbaycanlı abituriyentlərlə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə MİM-in nümayəndələrindən Eteri Arxarava, Maya Qabunia, Levan Çikvinidze çıxış edərək azərbaycanlı abituriyentlərə görüşün məqsədini açıqlayıblar. “Məqsədimiz gələcək tələbələrə Gürcüstan təhsilində baş verən yenilikləri başa salmaq və etnik azlıqların bu istiqamətdə məlumatlarını zənginləşdirməkdir. Tədbirdə azərbaycanlı abituriyentlər üçün 4+1 proqramı üzrə ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, indiyədək 1000 nəfərdən çox azərbaycanlı abituriyent gürcü ali məktəblərə daxil olmaq üçün qeydiyyatdan keçib. Onlar 40 sual riyaziyyat və 40 sual məntiq fənlərindən cavab verərsə, hazırlıq kurslarına qəbul olacaq və bir il gürcü dilini öyrəndikdən sonra qeyd etdikləri universitetlərə qəbul olunacaqlar. MİM-in nümayəndəsi Maya Qabuniya çıxışında bildirib ki, hazırlıq kursunu bitirən abituriyentlərdən 100 nəfəri dövlət hesabına təhsil alacaq.

 

Qeyd edək ki, hazırda 2009-cu ildən başlayaraq, 4+1 proqramı üzrə Gürcüstan ali məktəblərində müxtəlif ixtisaslar üzrə mindən çox azərbaycanlı  tələbə təhsil alır.

Sonda abituriyentlərin və tədbirə qatılan ziyalıların sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 771

Oxşar yazılar