İyun ayında ən sərin hava nə vaxt olub? - Nazirlikdən CAVAB
30 iyun 2019 11:20 (UTC +04:00)

İyun ayında ən sərin hava nə vaxt olub? - Nazirlikdən CAVAB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Bakı şəhərində müşahidə olunan hava şəraitinin iyun ayı üçün xarakterik olub-olmamağına aydınlıq gətirib.
 
ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında bildirib ki, çox illik meteoroloji məlumatlara əsasən, iyun ayında Bakıda ən sərin hava 1996-cı ildə qeydə alınıb.
 
U. Tağıyeva qeyd edib ki, 1996-cı ilin iyunun 2-də Bakıda havanın temperaturu 8.1 dərəcə olub.
 
Xatırladaq ki, dünəndən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017

Oxşar yazılar