İstehsalçılardan alınan buğdanın qiyməti qaldırıldı - <span style="color:red;">RƏSMİ
01 sentyabr 2016 19:01 (UTC +04:00)

İstehsalçılardan alınan buğdanın qiyməti qaldırıldı - RƏSMİ

0

 

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı uzadılıb.

 

Bu barədə "APA-Economics"ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi 21 iyun 2016-cı il tarixində Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

 

Bildiririk ki, Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Həmçinin, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.

 

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar", - deyə məlumatda bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 604

Oxşar yazılar