İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı <span style="color:red;">DƏYİŞİKLİK
08 dekabr 2017 19:37 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı DƏYİŞİKLİK

0

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyi təsdiq edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məcəllənin 127-2.3-cü maddəsində “müddətinin bitməsinə 1 saat qalmış” sözləri “müddəti bitdikdən sonra 1 saat ərzində” sözləri ilə əvəz edilib.

 

Qeyd edək ki, 127-2-ci maddə avtomobillərin parklanmasıa görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilmiş müddətdən artıq istifadə edən əlavə ödənişin edilməməsi, habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması ilə əlaqədar inzibati xəta hadisəsini nəzərdə tutur. Qeyd olunur ki, bir parklanmada 24 saatlıq müddətinin bitməsinə 1 saat qalmış nəqliyyat vasitəsinin istifadəçisinə xəbərdarlıq edilməlidir. Dəyişikliyə əsasən, 24 saatlıq müddət başa çatandan sonra avtomobil sahibinə məlumat verilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 507

Oxşar yazılar