III qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri dəyişdi
16 iyul 2013 18:47 (UTC +04:00)

III qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri dəyişdi

0

 

 

Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətlərinin müsabiqə şərtlərində dəyişiklik edilib.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.
 


İmtahanın nəticələrinə görə, 10 min 153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.

 

 

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 6-dan avqustun 15-dək "Abituriyentin elektron ərizəsi"ndə qəbul olmaq istədikləri ixtisasları seçib təsdiq etməlidirlər.

 

 

Qeyd edək ki, III ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1376

Oxşar yazılar