[b]İcra başçısının sındırdığı bayraq Kolumbiya bayrağı imiş -[/b] <span style="color:red;">FOTO
10 noyabr 2016 09:18 (UTC +04:00)

[b]İcra başçısının sındırdığı bayraq Kolumbiya bayrağı imiş -[/b] FOTO

0

 

Xəbər verdiyimiz kimi, Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.

 

Lent.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, icra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif baxışlardan şərh edilib.

 

Amma ən maraqlı olan odur ki, Ə. Abıyevin Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.

 

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan bayrağı ilə Kolumbiya bayrağının dəyişik salınması halı baş verib.

 

***

22:47

 

Daşkəsəndə Bayraq Gününə həsr olunmuş tədbir keçirilib.

 

Lent.az-ın “Baku.ws” saytına istinadən məlumatına görə, “N” saylı hərbi hissənin əsgərləri tədbirdə döyüş hazırlıqlarını nümayiş etdiriblər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev isə şifer lövhəsindən hazırlanmış erməni bayrağını yumruq zərbəsi ilə vurub. Şifer parçası parçalanaraq yerə tökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar