Zaha Hadid qızıl və brilyantlardan ibarət yeni kolleksiya yaradıb
27 yanvar 2016 11:16 (UTC +04:00)

Zaha Hadid qızıl və brilyantlardan ibarət yeni kolleksiya yaradıb

Məşhur memar Zaha Hadid livanlı zərgərlər Əziz və Valid Muzannarla birlikdə qızıl və brilyantlardan ibarət kolleksiya yaradıb.

 

Lent.az-ın buro247.az saytına istinadən məlumatına görə, memarın Mouzannar üçün hazırladığı kolleksiyada qaşlı üzüklər və taxma qolbaqlar qeyri-ənənəvi formadadır. Bu, memarın Livan brendi ilə ilk əməkdaşlığı deyil. 2014-cü ildə Hadid zərgərlik evi üçün 1048 inkrustasiya edilmiş brilyantla ağ qızıldan qolbaq hazırlamışdı.

 

Qeyd edək ki, İraq-ərəb əsilli britaniyalı dekonstruktivist memar Zaha Hadid "Pritzker" Memarlıq mükafatına layiq görülən ilk qadın-memardır. Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsi Hadidə məxsusdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar