Hərbi sursatlar yerində zərərsizləşdirilib -<span style="color:red;">Tərtər və Goranboyda
24 may 2016 18:32 (UTC +04:00)

Hərbi sursatlar yerində zərərsizləşdirilib -Tərtər və Goranboyda

0

Tərtər rayonunun Cəmilli kəndinin əkin sahələrindən aşkarlanan top mərmisi zərərsiləşdirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 122 mm-lik OF56 markalı top mərmisi kəndin otlaq sahəsində aşkarlanıb. Hadisə yerində axtarış təmizləmə işləri aparan Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyasının mütəxəssisləri partlamamış sursatı yerindəcə zərərsizləşdiriblər.

 

Analoji hadisələr Goranboyun Tapqaraqoyunlu və Tərtərin Əskipara kəndlərində də qeydə alınıb. Daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar