Həftənin ilk iş günü üçün HAVA PROQNOZU
14 avqust 2016 12:41 (UTC +04:00)

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

0

Avqustun 15-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depertamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti gözlənilir.  Şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə  23-27° isti, gündüz  29-34° isti, Bakıda gecə 24-26° isti, gündüz  30-32° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm  civə sütunundan 763 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 60-70 %, gündüz 25-45 % təşkil edəcək.

             

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz   25-30° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar