Həftənin ilk iş günü hava necə olacaq? <span style="color:red;">- PROQNOZ
08 fevral 2015 14:25 (UTC +04:00)

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

0

Fevralın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam ayrı-ayrı yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir 17 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək.

Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir. Dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar