Hava qeyri-sabit keçəcək - <span style="color:red;">XƏBƏRDARLIQ
13 dekabr 2014 11:37 (UTC +04:00)

Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycanda sabahdan etibarən hava şəraiti qeyri sabit keçəcək və dekabrın 16-dək davam edəcək.

 

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. 

 

Bu gecə şimal küləyinin sürəti bir qədər artacaq.  Bakıda və Abşeron yarımadasında da dekabrın 14-15-də arabir yağış yağacağı gözlənilir. Bakıda gündüz havanın temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Aran rayonlarında isə havanın temperaturu gündüz 8-13 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar