Güclü küləyin fəsadları AÇIQLANDI
0
0
“Dünənki və bugünkü küləkli havada ümumilikdə 60-dan çox ağaca zərər dəyib”.
Bu barədə Lent.az-a Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O bildirib ki, qurum küləkli hava səbəbindən gücləndirilmiş iş rejimində çalışır:
“Ağacların 15-i kökündən qopub, qalanlarında isə budaqlar qırılıb. Ağac budaqlarının qırılması nəticəsində isə hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib”.
0
0