[b]Göldə boğulan uşaq və 43 il sonra ağlasığmaz görüş [/b]- <span style="color:red;">HEKAYƏT
23 sentyabr 2016 11:37 (UTC +04:00)

[b]Göldə boğulan uşaq və 43 il sonra ağlasığmaz görüş [/b]- HEKAYƏT

0

       
Budəfəki yazım milyonlarla insanı ölümcül xəstəliklərdən xilas edən, tibb elmində inqilabi dönüş yaradan isveçli ixtiraçı-alim Aleksandr Fleminq haqdadı.


Son əsrə qədər insanlar sətəlcəm, malyariya, lap elə adicə soyuqlama kimi xəstəliklərdən ölürdülər. Kütləvi ölümlər insan orqanizmini müxtəlif infeksiya və xəstəliklərdən qoruyan vaksinlər və dərmanlar icad olunana qədər davam etdi.


1900-cü illərdə aristokrat bir ingilis ailəsi İsveçə istirahətə yollanır. Ailənin yeniyetmə oğlu valideynlərindən aralanaraq yaxınlıqdakı çayda   üzmək qərarına gəlir. Bir az sonra burulğana düşən oğlan  boğulmağa başlayır. O, əl-qol ataraq çırpınır, xilas olmağa çalışır.  
Oğlanın imdad diləyən harayını çay vadisindən bir az aralıda, tarlada işləyən bir kişi eşidir. Kəndli dərhal səs eşitdiyi tərəfə yüyürür. Boğulanın harayına yüyürən atanın yanındakı yeniyetmə oğlu da atası ilə birlikdə çaya tərəf qaçır.
Çayda boğulan gənci görən kəndli kişi dərhal paltarını soyunub suya atılır və son nəfəsdə çarpışan oğlanı xilas edərək sudan çıxarır.
Boğulan oğlanın atası xilaskar kəndliyə təşəkkürünü bildirir və ondan ən böyük arzusunun  nə olduğunu soruşur.
Kəndli boğulan uşağın atasının imkanlı şəxs olduğunu duyduqdan sonra belə cavab verir: “Mən oğlumun da mənim kimi torpaqda eşələnməyini istəmirəm. Onun həkim olmasını arzulayıram. Lakin ona bu təhsili verəcək pulum, imkanım yoxdu”.
 

İngilis senyor övladının xilaskarı olan bu sadə zəhmətkeş kəndliyə söz verir ki, onun oğlunu ən yaxşı ali tibb təhsili müəssisəsində oxudacaq və bütün maddi ehtiyaclarını şəxsən özü ödəyəcək.
 

Belə də olur.
Aradan uzun illər keçir.
1943-cü ilin dekabr ayında Şimali Afrikada səfərdə olan İngiltərənin baş naziri Uinston Çörçill burada xəstələnir. Həkimlər ona ölümcül sətəlcəm diaqnozu qoyurlar. Bu yerdə deməliyəm ki, o dövrdə sətəlcəmə tutulanların 90 faizi ölürdü. Xoşbəxtlikdən həmin ərəfədə mətbuat bir isveçli həkimin möcüzəvi dərman kəşf etdiyi barədə xəbərlər aşıb-daşırdı. Dərmanın sətəlcəmli xəstələri xilas etdiyi barədə söhbətlər geniş yayılmışdı.
Yataqda olan Çörçill həmin həkimi görmək istədiyini bildirir.
 

Beləliklə, onlar – illər əvvəl çayda batan gənc oğlan və onu ölümdən qurtaran kəndlinin oğlu ikinci dəfə görüşürlər.


Aleksandr Fleminq hazırladığı yeni antibiotiki – pensillini baş nazirin bədəninə yeridir. Dərman öz təsirini dərhal göstərir. Çörçill sağalaraq ayağa durur.


Beləliklə, Fleminq öz keçmiş dostunu ikinci dəfə həyata qaytarır.
 


Aleksandr Fleminq 1881-ci ildə İsveçin Lokfeld əyalətində dünyaya gəlib.
Aleksandr hələ uşaqlıqdan bitkiləri, xüsusilə göbələkləri müşahidə etməyi, onlar üzərində təcrübələr aparmağı xoşlayırdı. Oğlunun təbiətə aşırı marağını görən atası Fleminq, məhz buna görə onun yaxşı botanik və ya həkim ola biləcəyinə inanırdı.
 

Gənc Çörçillə bağlı əhvalatdan sonra kəndli arzusuna yetişir. Varlı ingilis zadəganının göndərdiyi pullar hesabına gənc Fleminq ali tibb təhsilinə yiyələnərək, ixtisası üzrə çalışmağa başlayır. 1924-1948-ci illər ərzində həkim kimi çalışdığı London “Meri Hospital”da həm də kif göbələkləri bakteriyalarının tədqiqi ilə məşğul olurdu.
Göbələk bakteriyaları üzərində apardığı laborator müşahidələrə əsasən, Fleminq onların xəstəlik törədən mikrobları öldürdüyü qənaətinə gəlir.  Doktor Fleminq Horvard Florey və Ernst Çeynlə birlikdə kif göbələyindən hazırladıqları antiseptik maddəni Oksfordda təqdim edirlər. Beləliklə, penisillinin istehsalı ilk olaraq ABŞ-da başlayır.
 

Sətəlcəm, malyariya və insan həyatı üçün təhlükəli olan  digər yoluxucu xəstəliklərin müalicəsində inanılmaz effekt verən penisillin adlı antibiotik milyonlarla insanın həyatını xilas edir.
Doktor Fleminq isə həmkarları Florey və Çeynlə birlikdə bu böyük kəşfinə görə 1945-ci ildə Tibb üzrə Nobel mükafatına layiq görülür. Məşhur tibb alimi 11 mart 1955-ci ildə ürək tutmasından vəfat edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 740

Oxşar yazılar