Gənclər üçün Təhsil Mərkəzi Gəncədə əlil gənclərlə görüş keçirib
04 dekabr 2014 16:56 (UTC +04:00)

Gənclər üçün Təhsil Mərkəzi Gəncədə əlil gənclərlə görüş keçirib

0

 

 

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşəbbüsü  ilə Gəncə şəhərində Beynəlxalq Əlillər Günü münasibətilə “Sevgimizi paylaşaq” adlı əlilliyi olan gənclər üçün görüş təşkil edib. Lent.az-ın məlumatına görə, tədbiri  giriş  sözü ilə açan Mərkəzin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə  bildirib ki, əlilliyi olan insanların  reabilitasiyası və onların peşə imkanlarının artırılması istiqamətində  ölkə rəhbərliyi  tərəfindən mühüm qərarlar qəbul olunur. Təsadüfi deyil ki, Azərbaycan 22 ildən artıqdır bazar iqtisadiyyatı şəraitində yaşamasına  baxmayaraq, özünün “sosial dövlət” statusunu qoruyub saxlayır.

 

Tədbirdə  Powerlifting üzrə 2-ci Azərbaycan çempionatında 1-ci yer tutmuş Nurlan və Əli Babacanov qardaşları olmaqla, ümumilikdə 30 nəfər əlilliyi olan gənc iştirak edib.

 

Daha sonra  Gəncə şəhərinin ictimai  həyatında  aktivliyi ilə seçilər  əlil gənclər Mərkəz tərəfindən fəxri fərmanla təltif edilib.

 

Tədbir Əlil Qadınlar Cəmiyyətinin Gəncə Bölməsi, Ayguloğlu Restoranı, “Pendik” Elitar Uşaq İnkişaf Mərkəzinin texniki dəstəyi ilə keçirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar