Gəncədə 94 min ağac əkildi
10 may 2017 16:44 (UTC +04:00)

Gəncədə 94 min ağac əkildi

0

Gəncədə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə 94 min ağac əkilir. Lent.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatından  verilən məlumata görə, ağac əkmə aksiyasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, partiya fəalları, şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kampaniya çərçivəsində bu gün əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan 10 000 ədəd ağac və 2500 ədəd qızılgül kolu əkilib. 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində və şəhərin müxtəlif hissələrində həyata keçirilən bu aksiyada 5 min insan bir ay müddətində iştirak edir. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar