Milli Məclis Həmrəylik günü ilə bağlı müraciət qəbul edib
30 dekabr 2016 13:45 (UTC +04:00)

Milli Məclis Həmrəylik günü ilə bağlı müraciət qəbul edib

0

 

Milli Məclisin bu gün keçirilən iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə müraciət qəbul olunub.
 

“APA”nın məlumatına görə, müraciəti vitse-spiker Bahar Muradova oxuyub.
 

“Böyük Azərbaycan xalqının övladlarının milli amallara sədaqətini təcəssüm etdirən “Həmrəylik günü”ndə hamınızı ürəkdən salamlayırıq. Ölkəmizin tarixində xüsusi yeri olan 31 dekabr bizə xalqımızın bu günü və gələcəyi üçün hər birimizin məsuliyyət daşıdığını xatırladır, ümummilli maraqlar naminə sıx birləşmək, söz və əməl birliyinə nail olmaq əzmimizə güc verir. 25 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Həmrəylik günü”nün dövlət səviyyəsində təməlinin qorunması xalqımızın “Birlikdən qüvvət doğar” əqidəsinin müasir dövrün çağırışları şəraitində gerçəkləşməsinə zəmin yaratdı. Bu hərəkat sonrakı dövrdə geniş vüsət alaraq milli-mənəvi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdə özünün parlaq ifadəsini tapdı”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar