Ölümlər çoxaldı, nazirlik əhaliyə müraciət etdi - <span style="color:red;">"...təhlükəlidir!"
03 avqust 2016 12:19 (UTC +04:00)

Ölümlər çoxaldı, nazirlik əhaliyə müraciət etdi - "...təhlükəlidir!"

0

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

 

Lent.az-ın FHN-nın saytına istinadən məlumatına görə, müraciətdə nəzərdə tutulmamış ərazilərdə çimmək; çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək; küləkli havada dənizə girmək; çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq; suda kobud hərəkətlər etmək; çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmağın qadağan olduğu qeyd edilib.

 

Müraciətdə bildirilir ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməli, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

 

Həmçinin, müraciətdə çimərliklərdə istirahət saatının 09:00-dan 20:00-dək daha təhlükəsiz olduğu da qeyd edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar