Evi hazır olmayan sakinlər növbəti dəfə aksiya keçirdi - <span style="color:red;">BAKIDA
03 fevral 2015 12:40 (UTC +04:00)

Evi hazır olmayan sakinlər növbəti dəfə aksiya keçirdi - BAKIDA

0

Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri təkrar aksiya keçirirlər. Bu barədə məlumatı Lent.az-a “Fateh-N” MTK-nın zərərçəkənləri veriblər. 

Onların sözlərinə görə, 2006-cı ildə aldıqları bina naməlum səbəblərdən yarımçıq saxlanılıb. Sakinlər deyir ki, sözügedən şirkətin rəhbərliyinin ölkədən qaçdığı ilə bağlı məlumatlar yayılıb. Hüquq-mühafizə orqanlarına məlumat verən şikayətçilər hələ də tikinti şirkəti haqqında lazımi tədbir görülmədiyindən narazıdırlar. 

 “Fateh-N” MTK tikinti şirkətinin qurbanları iddia edirlər ki, binanı tikən Mahir Kərimov bir evi 5-10 adam satıb və qaçıb. Bina isə yarımçıq qalıb.

Qeyd edək ki, sakinlər M. Kərimovla əlaqə saxlamağa cəhd etsələr də, bu, heç cürə mümkün olmayıb. Qarşı tərəf telefona cavab verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar