Ev gözləyən jurnalistlərə <span style="color:red;">ŞAD XƏBƏR
11 may 2017 12:42 (UTC +04:00)

Ev gözləyən jurnalistlərə ŞAD XƏBƏR

0

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul - Milli Mətbuat günündə veriləcək.

 

Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.

 

Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar