Ətraf mühitə dəymiş ziyana görə <span style="color:red;">54900 manat cərimə
18 avqust 2016 10:58 (UTC +04:00)

Ətraf mühitə dəymiş ziyana görə 54900 manat cərimə

0

 

01-15 avqust  tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 84 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 66 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 517.2 manat məbləğində iddia qaldırılıb, 67 iş üzrə 54900 manat məbləğində inzibati qaydada cərimə, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 192 iş üzrə 60701.69 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 5 iş göndərilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 195

Oxşar yazılar