Əmək Məcəlləsinə ailələrlə bağlı dəyişiklik ediləcək
12 yanvar 2015 12:50 (UTC +04:00)

Əmək Məcəlləsinə ailələrlə bağlı dəyişiklik ediləcək

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı” keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən il ƏƏSMN-nin digər fəaliyyət sahələrində olduğu kimi, əmək hüquqları sisteminin təkmilləşdirilməsi sahəsində də islahatyönümlü mühüm işlərin aparıldığını qeyd edib.

 

Nazir bildirib ki, xüsusən də "Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni mərhələ açıb: “ƏƏSMN tərəfindən mükəmməl proqram təminatı əsasında əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi hazırlanaraq “Elektron hökumət” portalı üzərindən istifadəyə verilib. Hazırda uğurla fəaliyyət göstərən bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsində, qeyri-leqal məşğulluq hallarının qarşısının alınmasında, büdcəyə sosial sığorta və vergi daxilolmalarının artırılmasında və s. öz faydalarını verir”.

S.Müslümov ötən il əmək sahəsində hazırlanan yeni qanunvericilik layihələrindən söz açıb.

 

 “Əmək Məcəlləsinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) 156 və 183 nömrəli Konvensiyalarına, habelə “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın müvafiq prinsipinə uyğunlaşdırılması üçün həmin Məcəllədə dəyişikliklər edilməsi ilə əlaqədar qanunvericilik  layihələri də hazırlanıb. Bu dəyişikliklər  Əmək Məcəlləsində mütərəqqi beynəlxalq normalardan irəli gələn yeniliklərin əksini tapmasını, məsələn,  raq, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunmasını, Məcəlləyə “ailə vəzifələri olan işçi” anlayışının daxil edilməsini və s. nəzərdə tutur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar