Elinaya görə Prezidentə MÜRACİƏT - VİDEO
0
0
Azərbaycanlı müğənni Nigar Camal 162 saylı orta məktəbdə yaşanan intiharla bağlı Prezident İlham Əliyevə müraciət edib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə öz instaqram səhifəsində yazıb:
“Ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru, həmçinin, bütün təqsiri olan şəxslərin heç bir güzəşt olmadan, qanun çərçivəsində və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Cənab Prezident, uşaqlarımızı xilas edin”.
0
0