DİN və AQTA-nın birgə reydi zamanı 400 kq yararsız ət aşkarlandı
11 iyul 2019 12:52 (UTC +04:00)

DİN və AQTA-nın birgə reydi zamanı 400 kq yararsız ət aşkarlandı

0
 
 
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə Ağdam və Ağdaş rayonları ərazilərində keçirilib.
 
DİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ağdam rayonu ərazisində Ağcabədi rayon sakini A.Nəsibovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 175 kiloqram, Ağdaş rayonu ərazisində isə Mingəçevir şəhər sakini M.Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 200 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.
 
Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
 
Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar