Dərman vasitələrinin reklamına QADAĞA - TƏKLİF
03 may 2018 12:56 (UTC +04:00)

Dərman vasitələrinin reklamına QADAĞA - TƏKLİF

0
Azərbaycanda dərman vasitələrinin reklamının qadağan edilməsi təklif edilir. APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edib.
 
 
 
O qeyd edib ki, dərmanların reklamı alkoqollu içkilərin və siqaretin reklamından da təhlükəlidir: “Bu, Avropada da həssas məsələdir və məhdudiyyətlər var. Bizdə də buna yenidən baxılamlı və məhdudlaşdırmalıyıq. Çünki son vaxtlar baş verənlər buna kifayət qədər əsas verir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar