[b]Cümhuriyyətin həmyaşıdı - VİDEO[/b]
0
0
Bu il həm də Şirməmməd Hüseynovun 95 illiyidir.
Bu gün onun ad günü deyil. Amma onun günüdür. Şirməmməd Hüseynovun. Demokratik Cümhuriyyətdən 6 yaş balaca kişinin. Müstəqil dövlətimizin 101 - ci bayramında ondan bir reportaj hazırlamağı özümə borc bildim. Çünki o pensiyası ilə Rəsulzadə irsini, cümhuriyyətin parlament tarixini araşdırıb çap elətdirən və hətta indiki parlamentarilər oxusunlar deyə adbaad ünvanlar düşünüb, o ünvanlara göndərən adamdı.
Onun hər kəlməsi cümhuriyyətdir. Hər sözünün başı məhəmməd əmindir, Hər cümləsi dövlətçilikdir. Aldığı nəfəsin, içdiyi suyun, yediyi çörəyin də mayasında Azərbaycan kəlməsi dayanır...
Bu gün ilk növbədə sizin bayramındır Şirməmməd müəllim. Uzaq 1918-ci ili bu qədər yaxın edən, dövlətçilik tarixini bizə sevdirən siz olmusuz. Bu gün 95 yaşında da axtarırsız, tapırsız, yazırsız, öyrədirsiz. 101 yaşında da sizdən öyrənmək arzusuyla. Bayramınız mübarək!
(Real.TV)
0
0