Cocuq Mərcanlıdakı evlərin hamısı hazırdır - <span style="color:red;">REPORTAJ
26 may 2017 16:03 (UTC +04:00)

Cocuq Mərcanlıdakı evlərin hamısı hazırdır - REPORTAJ

0
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inşa olunan yeni qəsəbənin tikintisində son tamamlama işləri görülür.
 
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl rayonuna “Qayıdış planı”nın ilk mərhələsi üçün tikilməsi nəzərdə tutulan 50 yaşayış evinin hamısı artıq hazırdır.
 
Bütün evlərə su qaz, işıq, rabitə xətləri çəkilib, küçələr asfaltlanır və səkiləri düzülür. Qəsəbənin məktəb binası tam hazırdır, avadanlıqları isə yaxın günlərdə gətiriləcək. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları indi kəndin otlaq və əkin sahələrini mina və partlamamış hərbi sursatlardan təmizləyir.
 
Hazırda qəsəbədə yeni məscidin tikintisi gedir. APA TV-nin əməkdaşları məscidin minarəsindən ilk dəfə bəzi ərazilərin görüntüsünü lentə alıb. Görüntülərdə istər yeni tikilən qəsəbə, istərsə də ermənilərin işğalı altında olan Azərbaycanın tarixi torpaqları yer alıb.
 
Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 50 evin sakinləri qəsəbəyə köçdükdən sonra burada daha 150 evin tikintisi, uşaq bağçası, mədəniyyət evi və digər infrastrukturların yenidən qurulması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar