Çiskin, duman olacaq - <span style="color:red;">HAVA PROQNOZU
13 noyabr 2014 12:44 (UTC +04:00)

Çiskin, duman olacaq - HAVA PROQNOZU

0

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə bəzi yerlərdə çiskin yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti olacaq.
 

Azərbaycanın rayonlarında sabah  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə qədərə şaxta olacaq. Gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1518

Oxşar yazılar