Bu şagirdlər kimyadan buraxılış imtahanı verəcəklər - <span style="color:red;">TQDK
27 noyabr 2014 13:32 (UTC +04:00)

Bu şagirdlər kimyadan buraxılış imtahanı verəcəklər - TQDK

0

Azərbaycanın bəzi orta məktəblərində XI sinif şagirdləri buraxılış imtahanında kimyadan imtahan verəcəklər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1473

Oxşar yazılar