Bakının bəzi rayonlarında qaz kəsilib
14 aprel 2015 12:36 (UTC +04:00)

Bakının bəzi rayonlarında qaz kəsilib

0

Bu gün Bakının bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər yaşanıb. Dövlət Neft Şirkəti (SOCAR)-dan Lent.az-a verilən açıqlamada bildirilir ki, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” Qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında carı təmir işləri aparır.

 

Təmir işləri aparılan müddətdə Bakı şəhəri Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar