<span style="color:red;">DİQQƏT:  Bu ərazilərdə qaz olmayacaq
27 sentyabr 2019 11:03 (UTC +04:00)

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

0
Bu gün bəzi ərazilərdə qaz təchizatı dayandırılıb.
 
Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 27-də səhər saat 09:00-dan işlər başa çatanadək yeni çəkilən qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.
 
Saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə veriləcək.
 
Saat 12:00-dan isə Nizami rayonu, Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində qaz təchizatı dayandırılacaq. Bu zaman “8-ci km Əsas” orta təzyiqli qaz xəttində bir sıra mövsümi işlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar