İyul ayında 3 nəfəri ilan sancıb.
Bu barədə
Lent.az-a Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib. O bildirib ki, ilan sancan 3 nəfərin hamısı kişi olub və aralarında uşaq olmayıb:
“Ötən aylardan fərqli olaraq bu ay şöbəmizə əqrəb və qaraqurd sancmasına görə müraciət olmayıb”.