Bölgələrdə sınaq qiymətləndirilməsi keçirilə bilər - MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ
21 yanvar 2015 13:07 (UTC +04:00)

Bölgələrdə sınaq qiymətləndirilməsi keçirilə bilər - MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ

0

Bölgələrdə müəllimlər üçün sınaq qiymətləndirilməsi yay aylarında keçirilə bilər. Lent.az-ın əldə etdiyi məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək.

 

Təhsil Nazirliyindən bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bölgələrində də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Bu, sistemli şəkildə həyata keçiriləcək: “Sınaq qiymətləndirilməsi müəllimlərə öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə, çatışmayan cəhətlərini aradan qaldırmağa kömək edir”. 

 

Qeyd edək ki, Bakıda qiymətləndirilmə 4 gün ərzində (ötən ilin 10-13 iyun tarixlərində) aparılıb. Sınaq qiymətləndirilməsində 30 mindən artıq müəllim iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar