<span style="color:red;">DİQQƏT:  Bu küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu
25 iyul 2019 11:45 (UTC +04:00)

DİQQƏT: Bu küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu

0
Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. 
 
Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirilib ki, bununla əlaqədar olaraq, bu gün səhər saat 9:00-dan başlayaraq, 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü km - Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur:
 
"Şıx qəsəbəsi Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşurutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermantov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər. 
 
Avtomobil sahibləri və sürücülərin nəzərinə çatıdırırıq ki, alternativ yol kimi, Bakı–Salyan 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçəməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayıl Müşviq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yollar üzrə hərəkət müəyyən edilib".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar