Beş ay İsveç düşərgəsində: ibadətdən sonra onanizm – VIII YAZI
21 may 2014 18:02 (UTC +04:00)

Beş ay İsveç düşərgəsində: ibadətdən sonra onanizm – VIII YAZI

0

 

Əvvəli: http://news.lent.az/news/166450

 

Həə, əziz dostlar...
 

Suriyalı Əli otağımızdan başqa otağa, yerlilərinin yanına köçdüyünə görə, Somalidən gələn emiqrant Əbdülrəhmanı onun yerinə gətirdilər. Eritreyalı Camoh çarpayının yuxarı qatından aşağıya, Əlinin yerinə köçdü, Əbdülrəhman isə yuxarı qatda, Camohun üstündəki yataqda yerləşdi.
 

Əbdülrəhman qara, arıq təxminən Camohla yaşıd bir ərəb idi. Onun qabaq dişləri çox nizamsız, eybəcər düzülmüşdü. Sən demə, bu da Camoh kimi namazqılan imiş.

 

Günorta yeməyindən əvvəl namaz qılmağa hazırlaşarkən dəstəmaz almaq üçün, eynən Camohun birinci gün elədiyi kimi, ayağını qaldırıb birbaşa otaqdakı əlüzyuyana soxdu. Bu zaman Camoh onu dayandırıb (bir vaxt mən Camohun özünü belə başa salmışdım) koridora çıxardı. Başa düşdüm ki, onu duşun yerini göstərməyə, dəstəmaz üçün uyğun olan yerə aparır.

 

Emile namaz-zad qılmazdı, ola bilsin xristian idi. Ancaq Camohla Əbdülrəhman birgə gündə bir xeyli namaz qılırdılar. Onların dilləri fərqli olduğundan öz aralarında danışanda ortaq ərəb sözlərindən başqa məcburən ingilis dilindən də istifadə edirdilər.

 

Özü də, şiələrin gözündən iraq, mənim bu ərəblərim namaz qılarkən əllərini qarınlarında çarpazlayardılar. Hər ikisində eni yarım metr, uzunu isə təxminən bir metr olan yeyilib üzülmüş həsir vardı. Namazlarının vaxtı çatan kimi həsirlərini yanaşı döşəməyə sərib, öz ağılları ilə ibadətə girişirdilər. Əbdülrəhmanın qabaq dişləri əyri-üyrü düzüldüyündən pıçıltı ilə söylədiyi dualar ilan fışıltısını xatırladırdı. Beləcə gündə beş dəfə yanaşı əyilib-qalxardılar.

 

Hər ikisinin iri mobil telefonu vardı. Onlar öz telefonlarında səhər yeməyindən əvvəl sübh namazına durmaq üçün ucadan azan səsi qurmuşdular. Hər səhər bunların azanı axıra qədər ötər, Emile ilə mənim əsəblərimlə oynayar, özləri isə oyanmazdı. Bu möminlər yatsalar da hiss edirdim, azan səsini axıra qədər ucadan dinləməyi imandan, yatanları incitməyi isə özlərinə borc sayardılar.

 

Nə başınızı ağrıdım, artıq Camohla Əbdülrəhman taylı meymunlar kimi birgə hərlənər, birgə yeyər, birgə deyib-gülər, birgə namaz qılardılar.

 

Bu arada məndən aşağıda yatan Emile yığışdırılıb bizə dedi ki, mən bir aylığına başqa şəhərə, öz dostlarımın yanına gedirəm. Və bizimlə vidalaşaraq diyircəkli çemodanını götürüb yola düşdü. Artıq otaqda üçümüz qalmışdıq.

 

İylənən Əli getdikdən sonra içəridə o qədər də kəskin iy olmurdu. Lakin Əbdülrəhmanın gəlişi bu sevinci burnumdan gətirdi. Somali balasından elə bir üfunət qalxırdı, başa düşə bilmirdim bu hansı heyvan leşinin iyidi.

 

İki dost daim qoşa dəstəmaz alıb namaz qılar, lakin heç vaxt yuyunmaz, yalnız bədənlərini hansısa yağlı maye ilə yağlayardılar. Düşünürdüm, yağlanmaq, günəşdən qorunmaq yəqin ərəblərin qədim ənənəsidi. Tutaq ki, bu gənclər müasir dövrdə mağazadan hansısa yağlı maddə alıb bədənlərinə sürtürlər, bəs bunların dədə-babaları qədimdə nəylə yağlanırlarmış? Öz sualıma özüm cavab tapırdım, yəqin dəvə yağı ilə! Ya da, ən yaxşı halda, qoyun piyi ilə! Müxtəlif mal yağı ilə yağlanmış ərəblərin bir alaçıqda yatdıqlarını və onlardan qalxan üfunət iyini təsəvvür eləyə bilərsinizmi? 

 

Əbdülrəhman gecələr yatanda mən kafedə internetlə məşğul olası olurdum. Beləcə səhər yeməyinə qədər oralarda başımı qatmalı olur, səhər yeməyindən sonra ərəblər mırtlaşmağa gedərkən otağın havasını dəyişib birtəhər yata bilirdim. Artıq bu rejimə öyrəşmişdim, başqa əlac yox idi. Bu təcrübəni iylənən suriyalı Əli bizim otaqda olanda qazanmışdım. 

 

Adətən, səhər yeməyində verilən qatıqdan bir kasa götürüb axşama saxlayırdım. Çünki axşamlar  yatmayanda bir kasa qatıqla bir dilim çörək harayıma çata bilirdi. Mənim qatıq tədarükümü bu gənc ərəblər meymun kimi dərhal yamsıladılar. Artıq onlar da, vəhşi heyvanlar yuvasına yem daşıyan kimi,  otağa yerli-yersiz yemək yığırdılar. Qablarda qatıq, pendir, kotlet, bir qucaq ağ-qara çörək gətirib stolun üstünə düzürdülər. Lakin  gündə üç dəfə doyunca tıxan bu meymunlar otağa yığdıqları həmin yeməklərin hamısını yeyə bilmir, qaytarıb zibil qabına atırdılar. Beləcə günlər keçdikdən sonra onlar başa düşdülər ki, otağa yemək gətirməyin heç bir məntiqi yoxdu. Axırlarda bu məsələni anladıqdan sonra hərdən mənim kimi hərəsi bir kasa qatıq gətirirdi.

 

Ümumiyyətlə, ərəblər daima öz otaqlarına yemək və çoxlu çörək daşıyar, sonra da tıxa bilmədikləri bu ərzaqları zibil qabına atardılar. İsveçlilər onların bu hərəkətlərinə çox dözümlü yanaşar, əhliləşməklərinə ümid edərdilər.

 

Burada bir haşiyə.
 

İylənən suriyalı Əli bizimlə bir otaqda olanda gördüm, iki dilim ağ çörəyi otaqdakı zibil qabına atıb. Bunu görən kimi üstünə təpindim, çörəkləri göstərərək onun anlamadığı azərbaycan dilində tələb etdim ki, çıxarıb mətbəx tərəfdə ərzaq tullantıları üçün qoyulmuş xüsusi paketə atsın. O, öz suçunu başa düşərək kirimişcə dediklərimə əməl elədi.  

 

Gələk yenə Əbdülrəhmanın yanına! Qardaşlar, onun bir kasa qatığı çörəklə yeməsini Tanrı heç kimə göstərməsin! İnsan ağzını necə inilti-zingilti qarışıq eybəcər marçıldadarmış! İnanın, itin yal içməsi onunla müqayisədə bir simfoniyaya bənzəyərdi!

 

Hər dəfə Əbdülrəhmanın stoldakı qatığına yaxınlaşmasını görəndə ya dərhal çölə çıxar, ya da üzüstə uzanaraq qulaqlarımı tutub başımı balışın altına soxardım.

 

Mən artıq bu düşərgəyə laboratoriya, ərəblərə isə müşahidə obyekti kimi baxırdım. Bilirdim ki, nə vaxtsa burada gördüklərimi yazacam.

 

Otaq yoldaşım olan bu gənclərdə başqa maraqlı xüsusiyyətlər də müşahidə elədim.

 

Bir dəfə açarı salıb otağa girəndə gördüm, qapı tərəfdəki çarpayının üst qatında yatan Əbdülrəhman onanizmlə məşğul olur. Görünür, mənim qəfil içəri girməyimi gözləmədiyindən yığışdırıla bilməyib. O, qarşısındakı mobil telefonunda səsli porno videoya baxıb ehtirasla yatağına sürtünürdü. Mən mənzərəni görməməzliyə vurub dərhal otaqdan çıxdım.

 

Sonralar başa düşdüm ki, bu iki dost namazlarını qıldıqdan sonra eyni çarpayının alt-üst yataqlarında uzanaraq  pornovideolara baxıb yorğan altında bu işlə ciddi məşğul olurlar.     

 

(davamı olacaq)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3850

Oxşar yazılar