Bazar günü ümumi orta təhsil səviyyəsi üzrə <span style="color:red;">BURAXILIŞ İMTAHANI  keçiriləcək
27 may 2019 11:12 (UTC +04:00)

Bazar günü ümumi orta təhsil səviyyəsi üzrə BURAXILIŞ İMTAHANI keçiriləcək

0
İyunun 2-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə Lent.az-a DİM-dən bildirilib.
 
Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
 
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1578

Oxşar yazılar