Bayramın 2-ci günü üçün <span style="color:red;">HAVA PROQNOZU
01 sentyabr 2017 11:57 (UTC +04:00)

Bayramın 2-ci günü üçün HAVA PROQNOZU

0

Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə  22-25° isti, gündüz  30-35° isti, Bakıda gecə  23-25°, gündüz  32-34° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə  75-85 %, gündüz  45-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  19-24°, gündüz  33-38° isti, dağlarda gecə 13-18°, gündüz  23-28° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar