Baş nazirin müavini: “Dünya muzeylərində Azərbaycana aid mədəni irs  başqa xalqların adına yazılır”
22 fevral 2013 11:23 (UTC +04:00)

Baş nazirin müavini: “Dünya muzeylərində Azərbaycana aid mədəni irs başqa xalqların adına yazılır”

0

“Mədəniyyətin inkişafı yeni əsərlərin, pyeslərin yazılması, yeni tamaşaların qoyulmasından ibarət deyil”. Bunu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ”Azərbaycan - 2020: Mədəni irsin prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda keçirilən konfransda çıxış zamanı baş nazirin birinci müavini Elçin Əfəndiyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycan mədəni irsin qorunmasında hər kəs çalışmalıdır: “ Bu gün dünyanın böyük muzeylərində Azərbaycan milli mədəni irsin nümunələri, başqa xalqların, xüsusən ermənilərin, farsların adlarına yazılır. Buna görə hər kəs aktiv çalışmalıdır. Baxmayaraq ki, son vaxtlar bu sahədə böyük işlər görülür. Heydər Əliyev fondunun bu sahədəki fəaliyyəti göz önündədir. Məsələn, bu yaxınlarda  Vatikanda Azərbaycan milli irs nümunələrinin sərgisi keçirildi. Bizim bir xüsusiyyətimiz var ki, özümüz dinləyirik, özümüzü tərifləyirik, özümüzə heyranlıqla qulaq asırıq. Halbuki, biz bunu kənardakılardan eşitməliyik. Buna isə yalnız savad, səriştəni əldə etməklə nail olmalıyıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar