Prezidentdən ipəkçiliyin inkişafı ilə bağlı <span style="color:red;">SƏRƏNCAM
15 sentyabr 2016 18:06 (UTC +04:00)

Prezidentdən ipəkçiliyin inkişafı ilə bağlı SƏRƏNCAM

0

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən ediləcək.

 

Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar