Bakıda qış hazırlığı: 24 min ton qum, 2 min ton duz, 2950 texnika
15 dekabr 2012 16:31 (UTC +04:00)

Bakıda qış hazırlığı: 24 min ton qum, 2 min ton duz, 2950 texnika

0

Böyükşor - Hava limanı avtomobil yolunun 18-ci kilometrində Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən yeni inşa olunmuş qış qarajının texniki vəziyyətinə baxış keçirilib. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə nəqliyyat Naziri Ziya Məmmədov və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov iştirak edib. Tədbir zamanı müasir işıqlandırma sistemi, qış qarajının inzibati bina, işçilərin istirahəti və maşın-mexanizmlərin eləcə də yol texnikasının saxlanılması üçün xüsusi yer, həmçinin qum və texniki duzun saxlanılması üçün anbara baxış keçirilib.

 

Qarajda çalışan bütün işçilər xüsusi geyimlə təmin edilib. Cari ilin avqustunda tikintisinə başlanılmış qış qarajı noyabr ayında istifadəyə verilib. “Azəryolservis” ASC-nin tabeliyində olan bütün idarə və təşkilatlarda yaradılmış operativ qərargahlarda 24 saat ərzində fəaliyyət göstərən növbətçi briqadalar təşkil olunub.

 

Ümumi istifadədə olan və Bakı şəhərinin avtomobil yollarının prospekt və küçələri üçün 24 min tondan artıq qum, 2000 tona yaxın texniki duz ehtiyatı yaradılıb və 2 min 950-yə yaxın maşın-mexanizm və yol texnikası hazır vəziyyətə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1543

Oxşar yazılar