Bakıda I sinfə qəbulla bağlı ən çox müraciət edilən ərazilər açıqlandı
14 sentyabr 2015 12:13 (UTC +04:00)

Bakıda I sinfə qəbulla bağlı ən çox müraciət edilən ərazilər açıqlandı

0

 

“Şəhərin müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində Binə, Binəqədi və Sulutəpə kimi yaşayış qəsəbələrində məktəb şəbəkəsində həddən artıq sıxlıq yaranıb”. Lent.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bu gün keçirilən Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib. C. Bayramovun sözlərinə görə, son illərdə ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bununla yanaşı, Bakıda meqapolisin inkişaf istiqamətlərinin bir sıra hallarda mövcud məktəb şəbəkəsinin imkanları ilə üst-üstə düşməməsi halları da müşahidə edilir: “Bu il elektron vasitələrlə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaratdı. Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul kampaniyası başa çatdıqda, bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcək”.

 

Nazir müavini bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırda mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir: “Bu günlərdə 133 saylı məktəb “Elitar” Gimnaziya, 150 saylı məktəb isə 6 saylı məktəb-liseylə birləşdirilib, 28 nömrəli məktəbin şagird-müəllim kontingenti 44 nömrəli məktəbə köçürülüb. Düşünürəm ki, şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 507

Oxşar yazılar