Bakı metrosunda tualet <span style="color:red;">QADAĞASI
11 aprel 2014 16:29 (UTC +04:00)

Bakı metrosunda tualet QADAĞASI

0

Bakı Metropoliteninin stansiyalarında ictimai tualetlər bağlanıb. Lent.az-ın əməkdaşının müşahidəsinə görə, Metropolitenin “Sahil”, “Koroğlu” və “Gənclik” stansiyalarındakı tualetlər sərnişinlər üçün qapadılıb. Metropoliten əməkdaşlarının dediyinə görə, bu barədə Metropolitenin sədri Zaur Hüseynov tapşırıq verib. Əməkdaşlar bildiriblər ki, Metropoliteninin bütün stansiyalarındakı tualetlərdən istifadə sərnişinlərə qadağan edilib.

 

Metrostansiyalardakı tualetlərdən yalnız Metropolitenin işçiləri istifadə edə bilərlər.

 

Məsələ ilə bağlı Metropolitenin rəhbərliyindən münasibət öyrənmək istəsək də, rəsmi şəxslərin heç biri ilə əlaqə saxlaya bilmədik.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3004

Oxşar yazılar