Bakı Ali Neft Məktəbi reytinq göstəricilərinə görə, ali təhsil müəssisələri arasında liderdir. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində məluma olub ki, göründüyü kimi Bakı Ali Neft Məktəbi özünün 2012-ci ildə əldə etdiyi liderlik mövqeyini yenə də qoruyub .
2013-cü ilin tələbə qəbulunun nəticələrinə görə Bakı Ali Neft Məktəbində minimal keçid balı 634, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 661 , “Kimya mühəndisliyi” ixtisası üzrə 646, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 669 olub. 1-ci qrupda 600-dən çox bal toplamış 369 abituriyentdən 121-i (32,79%-i) Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Neft-qaz mühəndisliyi” ixtisası 1-ci qrup ixtisasları üzrə müsabiqədə birinci yerdə ən çox göstərilmiş ixtisas olub.