Bağçada çalışan işçilər də vahid geyim geyinəcək – BŞİH-dən YENİLİK
12 may 2014 18:00 (UTC +04:00)

Bağçada çalışan işçilər də vahid geyim geyinəcək – BŞİH-dən YENİLİK

0

Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki bağçalarda çalışan işçilər üçün vahid geyim forması tətbiq edib. Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə, bu barədə İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisəsindən bildirilib. Geyimin tətbiq olunmasında məqsəd uşaqlarla işləyən işçilərin ekoloji baxımdan təmiz geyimlə, eyni zamanda, onların rahat şəraitdə işləməsini təmin etməkdir.

Pambıq parçadan hazırlanan geyimlər müxtəlif rənglərdədir.

Eyni bağçada çalışan işçilər eyni stildə, lakin müxtəlif rənglərdə hazırlanan geyimlər geyinirlər.

 

 

Müəssisədən bildirilib ki, bağçalarda işləyən müəllimlər, dayələr, eləcə də texniki işçilərin hamısına vahid forma verilsə də, onları bir-birindən fərqləndirmək üçün geyimlərinin üzərinə inisiallar vurulacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1238

Oxşar yazılar