"Badımcan leço"sunu belə hazırlamısınız?- <span style="color:red;">Usta öz sirlərini açır:  <span style="color:red;">Lent.az-ın mətbəxi
09 iyul 2019 13:14 (UTC +04:00)

"Badımcan leço"sunu belə hazırlamısınız?- Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

0
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “NƏNƏMİZİN RESEPTLƏRİ” adı ilə məşhur olan ustanın "Badımcan leço"sunun necə hazırlaması ilə tanış edəcəyik.
 
Badımcan ikrasının tərkibi:
 
700 qr bankaya: 2 ədəd ortaboy badımcan, 2 ədəd bibər, 2 ədəd yekə pomidor, bir diş sarımsaq, duz, 1 stəkan duru yağ.
 
Hazırlanma qaydası:
 
Məhsulları yuyub quruduruq və doğrayırıq. Sonra badımcanları duzlayıb qızardırıq. Digər tərəvəzləridə bişirib sterilzə edilmiş bankaya sıra ilə yerləşdiririk. Birinci badımcanı qoyuruq, üzərindən sarımsağı doğrayırıq və pomidoru bibərləri tökürük eyni qayda ilə axıra qədər sırayla bankaya yığıb ağzını bağlayırıq. Tərəvəzləri yığdıqca üstündən yaxşıca basmaq lazımdır ki, hava keçməsin. Hazır olan bankanı üzü aşağı qoyub, üzərini dəsmal ilə örtürük. Bir gün sonra soyuducuya və ya soyuq yerə qoyub saxlayırıq.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3006

Oxşar yazılar