Azneftdə nəqliyyatın hərəkəti iflic olub - <span style="color:red;">Sürücülərinə nəzərinə!
09 iyun 2017 18:14 (UTC +04:00)

Azneftdə nəqliyyatın hərəkəti iflic olub - Sürücülərinə nəzərinə!

0

Bu gün Bakının əsas prospektlərindən biri sayılan Neftçilər prospektində, xüsusən də Azneft meydanında nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

Lent.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Formula 1 yarışına hazırlıqla əlaqədar olaraq Azneft meydanında oturacaqların quraşdırılmasına başlanılıb. Buna görə də Azneft meydanında böyük sıxlıq yaranıb. Hazırda ərazidə dəhşətli sıxlıq müşahidə olunur. Neftçilər prospektində hərəkətin  yalnız bir hissəsi işləyir ki, onu da ikitərəfli ediblər. Yəni, Qız Qalasından Azneftə qədər olan hissədə nəqliyyat vasitələri yalnız bir hərəkət hissəsindən istifadə edə bilirlər.

 

Bunu nəzərə alaraq yol polisi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar