Azərbaycan aktyor Kənan Yusifov qısqanc həmcinslərini parodiya etdiyi maraqlı videoçarx çəkib. Lent.az-ın məlumatına görə, aktyorun "Qısqanclar vasidi" adlandırdığı videoda yersiz qısqanclıq edən, sevgilələrini hər şeydən qorumağa çalışan adamlara ironiya edilib.
Qeyd edək ki, aktyorlar Kənan Yusifov və Erkin Ergin birlikdə yaratdıqları "İkibaşlı Show" layihəsi çərçivəsində bir çox aktual problemləri satirik tərzdə səhnələşdirir, cəmiyyəti gündəlik reallığa kənardan baxmağa dəvət edirlər.